Azərbaycanda yağışlar davam edəcək

Oktyabrın 10-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı gözlənilir.

 

Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 12-14 dərəcə, gündüz 15-18 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 8-13, gündüz 15-20 dərəcə, dağlıq rayonlarda gecə 1-6, gündüz 7-12 dərəcə isti olacaq.

Müəllif | Apa.Tv
Apa.tv