Azərbaycanda yol polislərini şantaj edən şəxs tutuldu

Azərbaycanda polis əməkdaşların şantaj yolu ilə pul alan şəxs tutulub.

 

APA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, oktyabrın 8-də Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi əməkdaşları Ramal Ağammədov və Rauf Əzimov raportla müraciət edərək, Cəlilabad rayon sakini Xəyal Əmirovun oktyabrın 6-da onlara zəng edib guya rüşvət almalarını videoya çəkməsini deyərək onlardan pul tələb etməsini bildirib.

 

Görülmüş tədbirlərlə Xəyal Əmirov polis əməkdaşlarından 3000 manat alarkən tutulub.

 

Müəllif | Apa.Tv
Apa.tv