Lənkəranda maşın ağaca çırpıldı, yanğın baş verdi

Lənkəran rayonunda minik avtomobilinin yol kənarındakı ağaca çırpılması nəticəsində yanğın baş verib. APA TV-nin yerli bürosunun məlumatına görə, yanğın nəticəsində avtomobilin mühərrik hissəsi və salonunda qabaq oturacaqlar yanıb. Avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub. Alov hadisə yerinə gələn yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Müəllif | Apa.Tv
Apa.tv