İŞİD İran generalını öldürdü

Suriyada İran generalı öldürülüb.

 

APA TV-nin "Reuters"ə istinadən verdiyi məlumata görə, general Hüseyn Həmədani Hələb yaxınlığında İŞİD-lə döyüş zamanı qətlə yetirilib.

 

Hüseyn Həmədaninin 2005-ci ildən İranın elit hərbi qüvvələrinin baş komandanı olduğu deyilir.


Məlumata görə, ötən həftədən Suriyanın şimal-qərbində İran hərbçiləri görünməyə başlayıblar. Tehran isə bu xəbəri təkzib edir.

Müəllif | Apa.Tv
Apa.tv