Avtovağzalın qarşısındakı sürüşmənin səbəbi bilindi
“Bakı Avtovağzalının ərazisində sürüşmənin səbəbi həmin ərazidəki yaşıllıqların mütəmadi olaraq fontan şəklində suvarılmasıdır”.
APA TV-nin Lent.az-a istinadən xəbərinə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev məlumat verib.
Onun sözlərinə görə, ərazidə suvarma işləri aparıldığı zaman aşınmanın daha da artdığı müşahidə olunur: "Artıq təkliflər planı hazırlanaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilib. Təkliflər planına həmin ərazidəki suvama prosesinin bir müddət dayandırılması, yağış və digər suların həmin əraziyə axınının qarşısını almaq üçün suötürücü qurğunun yerləşdirilməsi, çatların örtülməsi, yolun asfaltlanması daxil edilib".
Ələmdar Piriyev qeyd edib ki, həmin ərazi hər gün nəzarətdə saxlanır.