İŞİD Suriyada daha bir neçə kəndi ələ keçirdi

İŞİD silahlıları Hələb şəhərinin yaxınlığında bir neçə kəndi ələ keçirib. APA TV-nin "Reuters"ə istinadən məlumatına görə, terrorçuların bu yaşayış məskənlərini nəzarətə götürməsinə Suriyanın müxalif silahlıları da mane olmayıb.

 

Rusiyanın hava zərbələri və Suriya ordusunun genişmiqyaslı hücumlarına baxmayaraq, İŞİD həmlələrinin təhlükəsi azalmayıb. Ələ keçirilən bölgələr İŞİD-in avqustun sonlarından indiyədək nəzarətə aldığı ən önəmli ərazidir. Çünki Hələbin şimal sərhədindəki bu ərazi sənaye zonasıdır.


Məlumatda qeyd edilir ki, Rusiya 10 gündür İŞİD-ə qarşı hava hücumları təşkil edir. Amma zərbələrin əksəriyyəti ölkənin müxalif silahlı qruplaşmalarının möhkəmləndiyi qərb ərazilərinə endirilir. Rusların endirdiyi zərbələrin yalnız 10 faizinin İŞİD-ə tuşlandığı deyilir.

Müəllif | Apa.Tv
Apa.tv