İŞİD 200 Kərkük sakinini qaçırdı

İŞİD terror qruplaşmasının silahlıları İraqın Kərkük vilayətində 200 dinc sakini girov götürüb.

 

APA TV-nin Rusiya saytlarına istinadən verdiyi məlumata görə, hadisə əz-Zab rayonunda baş verib.

 

Girov götürülənlər İraq təhlükəsizlik qüvvələri ilə əməkdaşlıqda təqsirli bilinirlər.

 

Qeyd edək ki, bir müddət əvvəl İraqın hökumət qüvvələri yerli özünümüdafiə birləşmələri ilə birgə İŞİD-in Kərkükdəki mövqelərinə hücum edərək 50-dək yaşayış məntəqəsini terrorçulardan təmizləyib.

Müəllif | Apa.Tv
Apa.tv