Tərtərdə yük maşını "Mersedes"lə toqquşub, ölən var

Tərtərdə bir nəfərin ölümü, üç nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. Hadisə Tərtərin Sarıcalı kəndi ərazisində qeydə alınıb. “Mercedes” markalı minik maşını qarşıdan gələn “Şaqman” markalı yük maşını ilə toqquşub. Nəticədə “Mercedes” in sürücüsü Hikmət Cəfərov aldığı xəsarət nəticəsində hadisə yerində dünyasını dəyişib. Maşında olan sərnişinlər - Billurə Mehdiyeva, Nazlı Mehdiyeva və Fərhad Cəfərov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal Bərdə və Tərtər rayon mərkəzi xəstəxanalarına yerləşdirilib. Faktla bağlı Tərtər rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv