PKK türk polisini hamilə arvadının və 3 yaşlı oğlunun gözü önündə şəhid etdi

PKK Türkiyədə dəhşətli qətl törədib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Diyarbəkirin Hani qəsəbəsi ərazisində terrorçular bölgədən uzaqlaşmağa çalışan və yanında hamilə həyat yoldaşı olan polisin avtomobilini atəşə tutublar. Başından güllə yarası alan polis çatdırıldığı xəstəxanada keçinib. Onun həyat yoldaşının sağ-salamat olduğu bildirilir.

 

Diyarbəkir valiliyindən məlumat verilib ki, PKK-çıların şəhid etdiyi Saleh Əroğlunun yanında hamilə həyat yoldaşından başqa, 3 yaşlı oğlu da olub. Bölgədə hadisəni törədən terrorçuların yaxalanması üçün genişmiqyaslı əməliyyata başlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv