İŞİD Hələb istiqamətində güclü hücuma keçdi
Rusiyanın davamlı aviasiya zərbələrinə baxmayaraq, “İŞİD” qruplaşması Suriyanın Hələb şəhəri ətrafında genişmiqyaslı hücum əməliyyatına başlayıb.
APA TV-nin “The New York Times”a istinadən məlumatına görə, terrorçuların 6 yaşayış məntəqəsini ələ keçirdikləri bildirilir. Hazırda onlar Hələbin şimalındadır və Əsəd qoşunlarının mövqeləri ilə aralarında 2 km məsafə var.
Bu, son həftələrdə “İŞİD”in ən iri əməliyyatıdır. Xatırladaq ki bir gün əvvəl Hələb yaxınlığında İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Hüseyn Həmədani öldürülüb.