Ankarada ard-arda partlayışlar: ölən və yaralananlar var
Türkiyənin paytaxtı Ankara şəhərində bəzi həmkarlar təşkilatlarının mitinq təyin etdiyi dəmir yolu stansiyası yaxınlığında 2 partlayış baş verib.
APA TV-nin Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, həmkarlar təşkilatları bu günə “Barış Mitinqi” təyin edib.
Mitinqə qatılmaq üçün Gənclik Parkında insanları toplaşmağa başlayarkən ardıcıl 2 partlayış baş verib. Çoxlu sayda insanın yaralandığı xəbər verilir. Hadisə yerinə ambulanslar göndərilib.
Vəkillər Kollegiyasının sədri Mətin Feyzioğlu partlayış nəticəsində ən azı bir nəfərin öldüyünü bildirib. Hadisənin canlı bomba tərəfindən törədildiyi istisna olunmur.