Cəbhədə qanlı döyüş: düşmənin 6 hərbçisi öldürüldü

Dünən cəbhədə baş verən döyüşdə düşmən xeyli sayda itki verib.

 

APA TV Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, oktyabrın 9-da axşam saatlarında qoşunların təmas xəttində düşmənlə döyüş toqquşması zamanı Silahlı Qüvvələrimizin bölmələrinin qarşı tərəfə vurduğu zərbələr nəticəsində düşmənin 6 nəfərədək hərbi qulluqçusu məhv edilib, çoxlu sayda yaralısı var.

 

Ordumuzun bir hərbi qulluqçusu yaralanıb.

 

Silahlı Qüvvələrimizin bölmələri bütün cəbhəboyu əməliyyat şəraitinə tam nəzarət edir.

Müəllif | Apa.Tv
Apa.tv