Bir əsgərimizi itirdik

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu dünyasını dəyişib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 6-da hərbi qulluqçu, əsgər Əliyev Murad Əlizadə oğlu xidmət yerini özbaşına tərk edib.

 

Həyata keçirilən axtarış tədbirləri nəticəsində oktyabrın 9-da axşam saatlarında əsgər Murad Əliyevin meyiti tapılıb.
 

Hadisə ilə bağlı cinayət işi başlanıb. Hərbi Prokurorluq tərəfindən faktla əlaqədar araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv