Azərbaycan prezidenti Gürcüstanın baş nazirini qəbul etdi

Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanın baş naziri İrakli Qaribaşvilini qəbul edib.

 

APA TV-nin xəbərinə görə, görüşdə Azərbaycanla Gürcüstan arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb, ölkələrimizin enerji, nəqliyyat, infrastruktur sahələrində həyata keçirdiyi birgə layihələrin əhəmiyyətinə toxunulub.

 

Gürcüstanın baş naziri Azərbaycana səfərinin əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlərin müzakirəsi baxımından önəmi qeyd edilib.

Müəllif | Apa.Tv
Apa.tv