İsrail Qəzzanı bombaladı: ana və 2 yaşlı qızı həyatını itirdi

İsrail təyyarələrinin Qəzzaya hücumu nəticəsində uçan bir evin içində olan ana və 2 yaşlı qızı həyatını itirib.

 

APA TV-nin məlumatına görə, İsrail sözügedən hava zərbəsinin HƏMAS-ın raket hücumuna cavab olduğunu açıqlayıb.

 

Məlumat üçün bildirək ki, İsrail ilə Fələstin arasında 12 gündür davam edən qarşıdurmalarda ən az 23 fələstinli və 4 israilli həyatını itirib.

 

Fələstin Səhiyyə Nazirliyi İsrailin cümə günündən bu yana Qəzzaya təşkil etdiyi hücumlarda 11 nəfərin öldüyünü, 200 nəfərin isə yaralandığını açıqlayıb.

 

İsrailin baş naziri Benyamin Netanyahu isə terrorizmin bir anda həll ediləsi bir problem olmadığını deyib.

 

Digər yandan, İsrail əsgərlərinin Qərbi Şəriyə və Qüdsdə Qızıl Aypara təşkilatı nəzdində çalışan səhiyyə işçilərinə 53 hücumu qeydə alınıb.

 

Müəllif | Apa.Tv