Levent Kırca vəfat etdi

Türkiyəli məşhur aktyor Levent Kırca vəfat edib.

 

APA-nın “Anadolu” agentliyinə istinadən məlumatına görə, 67 yaşlı aktyor uzun müddət qaraciyər xərçəngindən əziyyət çəkib.  

 

Qeyd edək ki, Levent Kırca 1948-ci ildə Samsunda dünyaya gəlib. 1964-cü ildə Ankara Dövlət Teatrında səhnə həyatına başlayıb. Bir çox teatr tamaşası və filmdə rol alan aktyor 22 il yayımlanan “Olacaq o qədər” televiziya proqramını hazırlayıb.

Müəllif | Apa.Tv
Apa.tv