Belarusda seçkilər: Lukaşenko 5-ci dəfə prezident seçildi

Oktyabrın 11-də Belarusda prezident seçkiləri keçirilib. APA TV-nin məlumatına görə, seçkilərin tanınması üçün seçicilərin lazımi 50 faizlik iştirak həddi qeydə alınıb.

 

İlkin nəticələrə görə, Lukaşenko rəqiblərini üstələyib. 21 ildir ölkəni idarə edən prezident Aleksandr Lukaşenko oğlu ilə birlikdə səsvermə məntəqəsinə gəlib. 5-ci dəfə prezident seçilmək istəyən Lukaşenko Belarusun Ukraynanın gününə düşməməsi üçün xalqdan səs istəyib.

 

Məlumat üçün bildirək ki, seçkidə Lukaşenkonun rəqibi Sosial Demokrat Partiyasından Tatyana Korotkeviç, Liberal Demokrat Partiyasından Sergey Qayduqeviç və Belarus Qazaxları Birliyinin qurucusu Kinolay Ulahoviç olub.

 

Bu arada Avropa Birliyi Lukaşenko hökumətinə tətbiq etdiyi embarqoları qaldırmağa hazırlaşır. Ötən həftə Lukaşenko həbsxanadakı müxalifətçiləri azadlığa buraxıb. Onun bu addımı, eləcə də Ukrayna ilə bağlı danışıqlarda tutduğu konstruktiv mövqe Avropa Birliyi tərəfindən müsbət qarşılanıb.

 

Müəllif | Apa.Tv