Kabildə terror: Taliban partlayış törətdi
Ötən gün Əfqanıstan paytaxtı günə yenə bomba səsləri ilə oyanıb. APA TV-nin məlumatına görə, Kabilin mərkəzi küçələrindən birində içində bomba olan avtomobil partladılıb.
Hadisə nəticəsində ölənlərin sayı barədə məlumat verilməsə də, ən azı 10 nəfərin yaralandığı bildirilib.
Əfqanıstan rəhbərliyindən verilən açıqlamada isə hücumun ölkədə xidmət aparan xarici əsgərlərə qarşı planlaşdırıldığını bildirilib. Hücuma görə məsuliyyəti Taliban öz üzərinə götürüb.
Qeyd edək ki, Taliban Kunduz şəhərini yenidən ələ keçirmək üçün hücuma keçib. Bu səbəbdən bölgədə xidmət aparan sülhməramlı qüvvələrin sayı ikiqat artırılıb.