77 yaşlı kişi toyda oynaya-oynaya öldü
Şirvanda toy şənliyində 77 yaşlı kişi dünyasını dəyişib.
APA TV-nin Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə Şirvan şəhərində yerləşən şadlıq saraylarından birində baş verib.
Bakı şəhər sakini, Ağa Nemətulla küçəsində yaşayan, 1938-ci il təvəllüdlü Musayev Faiq Camaləddin oğlu toy şənliyində ürək tutmasından dünyasını dəyişib.
Onun meyiti müayinə üçün Şirvan şəhər “morq”una yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.