Suriya ordusu İŞİD-i Türkiyə sərhədinə qovur
Suriya ordusu rus aviasiyasının dəstəyi ilə Həma-Aştan vilayətində daha bir yaşayış məntəqəsini terrorçulardan təmizləyib.
APA TV-nin xəbərinə görə, rəsmi Dəməşqdən bildirilir ki, hökumət qüvvələri İŞİD-i ölkənin şimalına doğru - İdlib vilayətinin Türkiyə ilə sərhəd bölgəsinə sıxışdırmağa başlayıb.
Rusiya təyyarələri isə ötən gün ərzində 64 döyüş uçuşu həyata keçirib. Terrorçuların dayaq nöqtələrinə 63 zərbə endirilib, nəticədə İŞİD-in möhkəmləndiyi 53 məntəqənin dağıdıldığı bildirilir.