Bakının işğaldan azad olmasının ildönümü münasibətilə Türk Şəhidliyi ziyarət olunub

Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları, partiya təmsilçiləri Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik işğalından azad etməsinin 95 illiyi münasibətilə Türk əsgərinin şərəfinə qoyulan abidəni ziyarət ediblər. APA TV-nin məlumatına görə, ziyarət mərasimindən sonra jurnalistlərə açıqlama verən Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa qeyd edib ki, Qafqaz İslam Ordusunun rəhbəri Nuru Paşa Türkiyədə doğulmasına baxmayaraq, Azərbaycanın qəhrəmanıdır. O, Qafqaz İslam Ordusunun Bakını xilas etməsi ilə Aszərbaycan tarixində yeni mərhələnin başlandığını vurğulayıb. Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa bildirib ki, Azərbaycan cəmiyyəti gerçək Azərbaycan qəhrəmanını tanımalıdır: “Onları tanımaq lazımdır ki, sabah Qarabağı işğaldan azad etmək üçün onların keçdiyi yolu onların dəyanətini təkrarlamaq qürurunu, hissini yaşaya bilsinlər. Bu kimi qəhrəmanların başında Nuru Paşa və onun yenilməz əsgərləri gəlir. Bu insanlar Azərbaycan üçün Anadoludan o qədər böyük məsafəni qəth edərək gəldilər”.

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun isə bildirib ki, Bakını işğaldan azad olunması tarixə sadəcə Azərbaycan paytaxtının qurtuluşu günü kimi yox, həm də Türk həmrəyliyinin bariz nümunəsi kimi həkk edilib: “Hər il olduğu kimi bu ildə Türk şəhidliyinə gəlmək sürəti ilə, onlara olan mənəvi borcumuzu əda etdik. Eyni zamanda o güc mücadilələrindən çıxan Azərbaycanın bu gün gəldiyi nöqtədə və ölçüdə qürurumuzu bir daha hiss etdik. Bir kəs daha bu vəsilə ilə bütün şəhidlərimizi rəhmətlə və minnətlə anırıq”.

Qeyd edək ki, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Milli Ordusunun hissələri ilə birlikdə Bakıya daxil olaraq şəhəri 

Müəllif | Apa.Tv