Azərbaycanda yağışlar davam edəcək

Oktyabrın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz 17-19, Bakıda gecə 14-16, gündüz 17-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarında oktyabrın 13-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-14, gündüz 16-21, dağlarda gecə 2-7, gündüz 9-14 dərəcə isti olacaq.

Müəllif | Apa.Tv
Apa.tv