Gəncədə “Mercedes” yandı

Gəncədə “Mercedes” yanıb. APA TV-nın qərb bürosunun xəbərinə görə, yanğın hadisəsi şəhərin Kəpəz rayonu ərazisində yerləşən Kəsəmənli küçəsi ev 58-də qeydə alınıb.

 

Sözügedən ünvanda yaşayan 1958-ci il təvəllüdlü Namiq İbrahimova məxsus “Mercedes” markalı avtomobil anidən alışaraq yanmağa başlayıb. Hadisə yerinə Gəncə Dövlət Yanğından Mühafizə Hissəsinin 3 avtomobili və canlı qüvvəsi cəlb edilib. Alov tez bir zamanda söndürülsə də maşının ön təkərləri, mühərriki və salonu yanaraq yararsız hala düşüb.

 

Yanğının baş vermə səbəbləri araşdırılır.

Müəllif | Apa.Tv
Apa.tv