Gəncədə ana və qızı bıçaqlandı
Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
APA TV-nın qərb bürosunun xəbərinə görə, Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Elnarə Xarafruz və onun 1998-ci il təvəllüdlü qızı Səkinə bıçaq xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, Elnarə Xarafruzun üzərində 10, qızının üzərində isə 2 bıçaq yarası var. Dərhal əməliyyat edilən ananın vəziyyəti ağır, qızın vəziyyəti isə orta ağır qiymətləndirilir. Qadın spirtli içki qəbul edən qaynı tərəfindən bıçaqlandıqlarını deyib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.