Ankaradakı terrorun qurbanları Gəncədə anıldı
Türkiyə Cümhuriyyətinin Gəncədəki baş Konsulluğunda anım tədbiri keçirilib.
APA TV-nın qərb bürosunun məlumatına görə, tədbirdə şəhər ictimaiyyətinin nümayəndələri, tələbələr və müxtəlif qurumların əməkdaşları iştirak edib.
Çıxış edənlər Ankarada törədilən terroru pisləyərək, günahsız insanların ölməsinin yol verilməz olduğunu bildiriblər. Gəncə şəhər rəhbərliyi adından Türkiyə Cümhuriyyətinin Gəncədəki baş konsulu Orhan Işıka və həlak olanların ailələrinə, yaxınlarına başsağlığı verilib. Konsulluqda başsağlığına gələnlər üçün təziyə dəftəri açılıb.