Dollar bahalaşdı, avro ucuzlaşdı – MƏZƏNNƏ AÇIQLANDI
Azərbaycan Mərkəzi Bankı həftənin növbəti valyuta məzənnələrini açıqlayıb. APA TV-nin məlumatına görə, gün ərzində ABŞ dolları manat qarşısında cüzi dəyər qazanıb. Mərkəzi Bank 1 dolların kursunu 1.0475 manat olaraq açıqlayıb. Həftəyə bahalaşma ilə başlayan avro isə bu gün ucuzlaşıb. Rəsmi məzənnəyə əsasən, 1 avronun kursu 1.1898 manatdır. Rusiya rublunun dəyəri isə dəyişməyib, 1000 rubl yenə də 16 manat 90 qəpikdir.