Ağdamda mikroavtobusla minik maşını toqquşdu: 4 idmançı yaralandı
Ağdam rayonu ərazisində idmançıları daşıyan 02 BK 273 dövlət nömrə nişanlı “RAF” markalı mikroavtobus qəza törədib.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun İmamqulubəyli kəndi ərazisində baş verib.
Sərnişin daşıyan mikroavtobusda Ağdam Olimpiya Kompleksində məşqdən çıxan yeniyetmə idmançılar olub. Yaralılar - 2002-ci il təvəllüdlü Eltac Seymur oğlu Fərəcov, 1999-cu il təvəllüdlü Ruslan Füzuli oğlu Məhərrəmov, 2005-ci il təvəllüdlü Sahib Ramil oğlu Əsgərov, 1998-ci il təvəllüdlü Kərim Ramiz oğlu Kərimli müxtəlif bədən xəsarəti ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Yaralılardan biri Bərdə Mərkəzi rayon Xəstəxanasına aparılıb.
Yeniyetmə idmançıları daşıyan “RAF” markalı avtomobilin sürücüsünün adı Şahbaz olduğu və uşaqların məşqçi müəllimləri olduğu bildirilir. İlkin ehtimala görə, qəzaya səbəb mikroavtobusun yoluna 99 EK 977 dövlət nömrə nişanlı, "Lada Priora-2170" markalı avtomobilin çıxması olub. Bu səbəbdən mikroavtobus "Lada Priora"ya dəydikdən sonra səkiyə çırpılıb.
Faktla bağlı araşdırma aparır.