Almaniyada antiislam mitinqləri başladı - VİDEO
Almaniyanın Drezden şəhərində minlərlə "Pegida" tərəfdarı antiislam çağırışları ilə küçələrə axışıblar. APA TV-nin "Rossiya 24" telekanalına istinadən məlumat görə, ötən həftə də belə bir aksiya keçirilib və həmin mitinqdə 9 min insan iştirak edib.
Aksiya iştirakçıları ölkədən bütün miqrantların çıxarılmasını və kansler Angela Merkelin istefasını tələb ediblər. Buna paralel olaraq şəhərin başqa səmtində "Pegida"ya qarşı mitinq keçirilib. Həmin aksiyada isə cəmi 250 nəfər iştirakçı olub. Aksiya iştirakçıları arasında toqquşma qeydə alınıb, polis hadisəyə vaxtında müdaxilə edib.
Xatırladaq ki, "Pegida" Almaniyada yaradılmış "Qərbin islamlaşmasına qarşı Avropa patriotları"nın təşkilatıdır. Bu təşkilat Almaniyadan başqa İspaniya və Böyük Britaniyada da fəaliyyət göstərir.