Binəqədidə 35 yaşlı kişi bıçaqlandı

Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin məlumatına görə, 35 yaşlı Azər İsayev 7-ci mikrorayon ərazisində yerləşən stadionun yaxınlığında bıçaqlanıb. Yaralı hadisə yerinə çağırılan təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Yaralının vəziyyətini ağır olduğu bildirilir.

 

Hadisə barədə ərazi üzrə 5-ci polis bölməsinə məlumat verilib. Hadisəni törədən şəxsin axtarışları davam edir. Faktla əlaqədar cinayət işi başlanıb araşdırmalar davam edir. 

Müəllif | Apa.Tv
Apa.tv