"The Washington Post": ABŞ İŞİD-i silahlandırıb
"ABŞ-ın humanitar yardım adı altında Suriya müxalifətinə ötürdüyü silahlar terrorçuların əlinə keçib". APA TV-nin məlumatına görə, xəbəri "The Washington Post" yayıb.
Mərkəzi Kəşfiyyat İdarəsinın məxfi proqramında "Azad Suriya Ordusu"na hətta tank əleyhinə sistemlərin verilməsinin də olduğu bildirilir. Bu yardımın iki ilə yaxındır davam etdiyi qeyd olunur. Söhbət olduqca effektli silahdan - BGM-71 TOW kompleksindən gedir. Bu silahda atlan raket başlığının 6 kiloqramdır və istənilən zirehi sıradan çıxarmağa qadirdir.
Terrorçuların bu silahı öz aralarında "Əsədin təlimçisi" adlandırdıqları deyilir. Məhz bu silahın vasitəsilə terror qruplaşmalarının quru əməliyyatlarında uğur qazandıqları və Suriyanın hökumət qoşunlarına qarşı gözlənilməz hücumlar təşkil etdikləri iddia olunur.
"Raketlər ABŞ hərbçilərinin Səudiyyə Ərəbistanındakı ehtiyat anbarlarından gətirilib. Silahların çatdırılmasında Türkiyə ərazindən istifadə olunub. Obama administrasiyasının bu addımı Əsədi hakimiyyətdən könüllü getməyə məcbur etmək olub. Amma ruslar Əsədə dəstək verdilər və biz indi təxmin etdiyimiz nəticədən çox uzağıq", - deyə mənbədə bildirilir.
Pentaqonun hesablamalarına görə, tank əleyhinə kompleksləri 23 müxalif qruplaşma alıb. Onların arasında "Azad Suriya Ordusu"nun cənub cəbhəsi də var.
"Beləliklə, ABŞ-ın silah yardımı Əsədin devrilməsinə yox, daha çox İŞİD-in işinə yarayıb", - deyə əlavə edilir.
"Həm ABŞ-ın, həm də terrorçuların tamamilə başqa maraqları olduğu ortaya çıxıb. Konqress Suriyada İŞİD-ə qarşı mübarizə aparmaq məqsədilə 5 min nəfərə təlim keçirilməsi üçün yarım milyard dolların ayrılmasına qərar verib. Amma cəmi 50 nəfərə təlim keçilib ki, onlarına da çoxusu öldürülüb və ya fərarilik ediblər".
Xatırladaq ki, bu suallar bir neçə gün öncə ABŞ-ın "CBS" telekanalında prezident Barak Obamaya da verilib. Cavabı belə olub: "Mənim məqsədim Suriyada müxalifətə yardım etmək və onları İŞİD-ə qarşı mübarizəyə hazırlaşdırmaq idi”.