Con Makkeyn: "Obamanın İranla bağlı siyasəti iflasa uğrayıb"
"İran BMT Təhlükəsizlik Şurasının qətnaməsini pozaraq yeni nəsil uzaq mənzilli raketlərin sınağını keçirib".
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin rəhbəri, respublikaçı Con Makkeyn bəyan edib.
"ABŞ administrasiyasının İranla nüvə sazişini imzalamasından bir neçə ay keçib. Obama və Kerrinin iddialarına rəğmən İranda ABŞ-a münasibətdə sərt kursun tərəfdarlarının zəifləməsi, mötədil təbəqənin isə güclənməsi baş verməyib".
Senator bildirib ki, ötən bir neçə həftə ərzində İran Bəşər Əsədə yardım məqsədilə Suriyaya yüzlərlə silahlı birləşmələr göndərib. Onun sözlərinə görə, İran yaxın vaxtlarda Rusiyadan S-300 zenit raket kompleksləri almağı planlaşdırır:
"Prezident İran hakimiyyətinə güzəşt etmək kimi iflasa uğramış siyasətindən imtina etməli və ona qarşı olmaq üçün daha çox əmək sərf etməlidir".