Nobel prospektinə “qırmızı asfalt” döşənir
Bir müddət öncə Bakının yol təsərrüfatında yenilik edilib. APA TV-nin xəbərinə görə, ilk dəfə olaraq Babək prospektində sınaq məqsədilə tünd qırmızı rəngli asfalt-beton örtüyü döşənib.
APA TV-nin xəbərinə görə, yenilik Babək prospekti ilə Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsində yerləşən yol ötürücüsünün üzərində ayrıcı zolağa tətbiq edilib.
Hazırda bu yenilik Nobel prospektində tətbiq edilir. Prospektin ayrıcı zolağına tünd qırmızı rəngdə asfalt-beton örtüyü döşənir. Rəngli asfalt-beton örtüyü ilkin etapda “Ağ şəhər”in qarşısından Süleyman Əhmədov küçəsi ilə kəsişməsinə qədər olan 2500 metrlik hissədə yol ayrıcına döşənir. Rəngli asfaltın sözügedən əraziyə döşənməsi vizual olaraq prospektə estetik gözəllik qatır.
Rəngli asfalt-beton örtüyünün adi asfaltdan keyfiyyət baxımından heç bir fərqi yoxdur. Sadəcə, asfalt zavodda hazır olduqdan sonra xüsusi qurğuda onun tərkibinə rəngləyici maddə qatılır və qarışdırılır. Nəticədə rəngli asfalt-beton alınır.