Elman Rüstəmov: "7 milyard valyuta ehtiyatımız var"

"Qarşıdakı ildə neftin qiymətləri əhəmiyyətli dərəcədə aşağı olacaq. Dünya iqtisadiyyatında geosiyasi gərginliklər artıb, iqtisadi ticarət və iqtisadi aktivlik zəif olaraq qalır". APA TV-nin məlumatına görə, bu fikirləri Milli Məclisin plenar iclasında Azərbaycanın 2016-cı il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib. Onun sözlərinə görə, dünyada ticarət, məzənnə və valyuta müharibələri kəskinləşib. Yüksək dollarlaşma səbəbindən Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları azaldığını deyən Elman Rüstəmov bildirib ki, 2014-cü ildə AMB-nin valyuta ehtiyatları 15 mlrd. dollar olub

 

"Bu ehtiyatları biz daxili bazardan almışdıq. Devalvasiyadan sonra ilk dəfə may-iyun aylarında biz daxili bazardan dollar aldıq. İyul ayında isə dollarlaşma səviyyəsi yenidən yüksəldi. İndi dollarlaşma səviyyəsi 10 il əvvəlki səviyyədədir. Hazırda AMB-nin valyuta ehtiyatlarının 7 mlrd. dollardır”.

 

Elman Rüstəmov bildirib ki, çevik məzənnə siyasətinə keçidlə bağlı məsələlər ciddi araşdırılır.

 

 “Hazırda banklar iqtisadiyyatı kreditləşdirməkdə davam edir. İl ərzində 7,5 mlrd. manat, o cümlədən 5 mlrd. manatdan çox biznes krediti verilib. Bankların kredit portfelinin keyfiyyəti qənaətbəxşdir. Vaxtı keçmiş kreditlərinin xüsusi çəkisi cəmi 6,5%-dir. Sektorun maliyyə dayanıqlığını əsas göstəricisi olan kapital adekvatlığı 17%-dir. Bu göstərici beynəlxalq standartlara görə, 8% olmalıdır. Sektorun məcmu kapitalı son ildə iki dəfə artaraq 4,2 milyard manata çatıb. Bankların likvidliyi 60-70% olmaqla, minimum tələbləri iki dəfədən çox üstələyir. Stress-testlər göstərir ki, bank sektoru ən pessimist ssenaridə belə ödəniş qabiliyyətini qoruyub saxlaya bilir".

 

E. Rüstəmovun sözlərinə görə, AMB-nin tövsiyəsi ilə banklar ilin əvvəlindən ümumi məbləği 600 mln. manat  həcmində 110 minə yaxın krediti yenidən strukturlaşdırıb:

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı