Kürdəmirdə keçmiş məhkum həmkəndlisini bıçaqladı
Kürdəmirdə bıçaqlanma hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə ötən gün saat 21:00 radələrində rayonun Beyi kəndində olub.
Beyi kənd sakinləri Qılınc Xuduş oğlu Rüstəmov və əvvəllər məhkum olunmuş Qardaşəli Ağagül oğlu Ağasıyev arasında şəxsi münasibətlər zəminində baş verən mübahisə zamanı sonuncu üzərində gəzdirdiyi bıçaq ilə Q.Rüstəmovu vurub. Rüstəmov Qılınc Xuduş oğlu döş qəfəsinin kəsilmiş deşilmiş yarası alaraq Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır.