Türkiyə Avropa çempionatının final mərhələsində - MÖCÜZƏ GERÇƏKLƏŞDİ
Ötən gün “Avro-2016”nın seçmə mərhələsinə yekun vurulub. APA TV-nin məlumatına görə, milli komandamızın yer aldığı H qrupundan əlavə A və B qrupunda da oyunlar baş tutub.
A qrupunda Türkiyə millisi evdə İslandiyanı qəbul edib. Fatih Terimin komandası bu görüşdə qalib gələcəyi təqdirdə, Avropa çempionatının final mərhələsinə vəsiqə verən pley-off oyunlarına qatılmaq şansı qazanacaqdı.
Lakin "ay ulduzlu" komanda bundan artığını bacarıb. Doğma meydanında İslandiyanı 1:0 hesabı ilə məğlub edən Türkiyə yığması ən yaxşı qrup üçüncüsü kimi Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.
Bu qrupda keçirilən digər matçda Qazaxıstanın səfərdə Latviyanı 1:0 hesabı ilə məğlub etməsi türklərin ən yaxşı qrup üçüncüsü olmasına şərait yaradıb.