Tovuzda iki avtomobil toqquşdu

Tovuz rayonunda sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

 

APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun  girişində qeydə alınıb.

 

Tovuz rayonunun Qandallar kənd sakini, 1969-cu il təvəllüdlü Coşqun Abbasovun idarə etdiyi “Niva” markalı avtomobillə rayonun Aşağı Quşçu kənd sakini, 1982-ci il təvəllüdlü Samir Vəliyevin idarə etdiyi “VAZ 2107” markalı avtomobil toqquşub. Qəza nəticəsində “VAZ-2107”-nin sürücüsü müxtəlif bədən xəsarətləri alaraq, Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin normal olduğu bildirilir. İlkin məlumata görə, qəzaya səbəb “VAZ-2107”-nin sürücüsünün dönmə əməliyyatını düzgün həyata keçirməməsi olub.

 

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli