Gəndob-Yalama yolunda dəhşətli qəza: ölən və yaralananlar var
Ötən axşam Gəndob-Yalama yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə magistralın 38 km-də qeydə alınıb.
“VAZ-21011” markalı avtomobillə “VAZ-2102” markalı maşının toqquşması nəticəsində “VAZ-21011”-in sürücüsü Cəlal Ağayev hadisə yerində ölüb. “VAZ-2102” markalı avtomobildə olan Hulovlu kənd sakinləri - 1956-cı il təvəllüdlü Bibiqulu Əsgərov, 1975-ci il təvəllüdlü Vahid Allahverdiyev və “VAZ-21011” markalı avtomobildə olan Uzunoba kənd sakini Elnur Kərimov xəsarət alıblar. Onlar müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı BDYPİ-nin İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.