Qaradağda "Mercedes"lə "İnfiniti" toqquşdu: yaralananlar var

Ötən gecə Qaradağda yol-nəqliyyat qəzası baş verib. APA TV-nin məlumatına görə,  hadisə "Meyveli" bazarının yaxınlığında qeydə alınıb.

 

"Mercedes" markalı avtomobil bazarının yaxınlığında geriyə dönmə əməliyyatı edən zaman qarşıdan gələn nəqliyyat vasitəsini gözləməyib. Nəticədə öz yolu ilə hərəkətdə olan "İnfiniti" markalı avtomobil "Mercedes"ə çırpılıb.

 

Qəza zamanı "Mercedes"də olan iki nəfər - Camal Rəhimov və Pərviz Babalı xəsarət alıb. "Mercedes"də olan meyvə-tərəvəz məhsulları isə yola dağılıb. Hadisə yerinə yol polisi əməkdaşları gəliblər. Qəzanın səbəblərini müəyyən etmək üçün avtotexniki ekspertiza təyin edilib.

 

Müəllif | Apa.Tv