Azərbaycanda dollar və rubl ucuzlaşmağa başladı

Azərbaycan Mərkəzi Bankı növbəti valyuta məzənnələrini açıqlayıb. APA TV-nin xəbərinə görə, dünən manat qarşısında dəyər qazanan ABŞ dolları yenidən ucuzlaşmağa başlayıb. Mərkəzi Bank 1 ABŞ dollarının məzənnəsini 1.0473 manat olaraq müəyyənləşdirib. Avro isə yenidən bahalaşmağa başlayıb. Rəsmi məzənnəyə əsasən, 1 avro 1.1927 manatdır. Ötən həftə bahalaşan Rusiya rublu isə bu gündən dəyərdən düşməyə başlayıb. Hazırda 1000 Rusiya rublu 16 manat 70 qəpikdir.

 

Xatırladaq ki, Mərkəzi Bank yeni valyuta məzənnələrini həftə içi hər gün açıqlayır.  

Müəllif | Apa.Tv
Apa.tv