Qubada alma oğurluğu: sahibkara 2 min manat ziyan dəydi

Quba rayonunda oğurluq faktı qeydə alınıb. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, rayonun, Zərdabi kənd sakini Elvir Bayramova məxsus alma bağından 250 yeşikdən çox alma oğurlanıb. Kənd sakininin sözlərinə görə, hadisə ötən gün axşam saatlarında qeydə alınıb. Sahibkar deyir ki, ona 2 min manatadək ziyan dəyib.

 

"Hadisə bir dəfə bundan əvvəl də olub. Fikir vermədim.  Traktorla bağa girənlər qrup şəklində olublar. Mənə haradasa 1500-2000 manat ziyan dəyib. Bu təkcə mənim problemim deyil. Oğurluq baş alıb gedir".

 

Faktla bağlı hüquq mühafizə orqanlarına müraciət olunub, araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv
Vəli Turan