Rus qırıcılarından İŞİD-ə ağır zərbə - ƏMƏLİYYAT GÖRÜNTÜSÜ

Rusiya Müdafiə Nazirliyi Suriyada İŞİD-ə qarşı keçirdiyi növbəti əməliyyat görüntülərini  yayıb.

 

APA TV-nin məlumatına görə, Suriya ərazisində terrorçuların dağ-meşə zonasında yerləşdiyi silah anbarları məhv edilib.

Hava zərbələri nəticəsində Suriyanın Həma vilayətindəki Cubb Əl-Axmar yaşayış məntəqəsi yaxınlığındakı bazaları da dağıdılıb.

 
Terrorçuların əl-Qab vadisində möhkəmləndikləri mövqelərin də aviazərbələr nəticəsində yerlə yeksan edildiyi bildirilir.

Rusiya qırıcılarının ümumilikdə İŞİD-ə qarşı 88 döyüş uçuşu həyata keçirdikləri qeyd olunur.

Müəllif | Apa.Tv
Apa.tv