Bakıda keçmiş arvadını moteldə öldürən şəxsə hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Zöhrab İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
APA TV-nin məlumatına görə, məhkəmənin hökmünə əsasən, Zöhrab İsmayılov 15 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Zöhrab İsmayılov hadisə günü keçmiş həyat yoldaşı Vəfa Abdullayevanı "VAZ-2107" markalı avtomobilə əyləşən zaman görüb. Keçmiş arvadını və maşının sürücüsünü izləyən zaman isə Zöhrab İsmayılov onların motelə daxil olduğunun şahidi olub. Otağa daxil olan Zöhrab İsmayılov Vəfa Abdullayevanı bıçaqlayaraq öldürüb.