İmişlidə ağır qəza: 2 ölü, 3 yaralı

Ötən gecə İmişlidə baş verən dəhşətli qəzada 2 nəfər ölüb, 3 nəfər yaralanıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Qaradonlu kəndi ərazisində baş verib.

 

İmişli sakini, 1982-ci il təvəllüdlü Qeyrət İxtiyar oğlu Muradovun idarə etdiyi “Mercedes” markalı 10 NR 826 dövlət nömrə nişanlı avtomobillə rayonun Aranlı kənd sakini, 1997-ci il təvəllüdlü Həsən Rasim oğlu Hüseynovun idarə etdiyi “VAZ-21011” markalı 10 ES 442 dövlət nömrə nişanlı avtomobil toqquşub. Qəza nəticəsində sərnişinlərdən Çaxırlı kənd sakini, 1983-cü il təvəllüdlü Əlizamin Təbiət oğlu Abayev hadisə yerində, "VAZ-21011"in sürücüsü Həsən Rasim oğlu Hüseynov cərrahiyə əməliyyatı zamanı dünyasını dəyişib.

 

Avtoqəzada yaralanan Qızılkənd sakini, 1956-cı il təvəllüdlü Göyçək Bayram qızı Cabbarova, Aranlı kənd sakini, 1992-ci il təvəllüdlü Elnur Mərdan oğlu Babaşov və 1990-cı il təvəllüdlü Sahib Vəlixan oğlu İbayev travmatologiya şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı