Bakının əsas küçə və prospektlərində tıxaclar yaranıb

Bakının əsas küçə və prospektlərində nəqliyyatın hərəkətində ciddi problem yaranıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov APA TV-yə bildirib ki, yeni dərs ilinin başlaması ilə əlaqədar bir çox küçələrdə nəqliyyatın hərəkətində problemlər yaranıb. Səhər saatlarından etibarən paytaxtın Tiflis, Babək, Azadlıq prospektlərində, Rəşid Behbudov və Fizuli küçələrində nəqliyyatın sıx cərgələnməsi və saatda 5 kilometr surətlə hərəkəti müşahidə olunub. Heydər Əliyev prospektində avtomobillər sıxlığı daha cox nəzərə carpır. Vaqif Əsədov Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin yol patrul xidmətinin əməkdaşları gücləndirilmiş iş rejimində işlədiyini, baş verən sıxlığın aradan qaldırılması ilə bağlı tədbirlər gördüyünü deyib.
 

Müəllif | Apa.Tv