Yəmən yenə bombalandı: 13 ölü
Səudiyyə Ərəbistanının Yəmənin Taiz vilayətinə aviazərbələri nəticəsində 13 nəfər ölüb, 27 nəfər yaralanıb.
APA TV-nin məlumatına görə, hökümətdəki mənbələr hava hücumunun əl-Oşaki, əl-Gile, əl-Vazi, eləcə də vilayətin şərqindəki Əl-Canda və Şermen yaşayış məntəqələrinə yönəldiyini bildirib.
Üsyançılar qərbi Taiz vilayətindəki Zəbab və Mokka, eləcə də Əl-Rahidə şəhərlərində cəmləşərək, hökümət qüvvələrinə aktiv müqavimət göstərir.
Bir qədər əvvəl isə üsyançı qruplar tərəfindən Yəmənin mərkəzindəki binalardan birində partlayış törədilib.