Avro 1,2 manatlıq psixoloji həddi keçdi - MƏZƏNNƏ

Azərbaycan Mərkəzi Bankı həftənin növbəti valyuta məzənnələrini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, ABŞ dolları həftə ərzində ucuzlaşma tendensiyasını bu gün də saxlayıb. Rəsmi məzənnəyə əsasən, 1 ABŞ dollarının kursu 1.0469 manat olaraq müəyyənləşib.

 

Avro isə 1,2 manatlıq psixoloji həddi aşmağa müvəffəq olub. Mərkəzi Bank avronun kursunu 1.2019 manat olaraq açıqlayıb.

 

Rusiya rublunun kursu isə dəyişməz qalıb, hazırda 1000 rublun rəsmi məzənnəsi 16 manat 70 qəpikdir. 

Müəllif | Apa.Tv
Apa.tv