Ermənistan ordusunda itki: 1 ölü, 1 yaralı
Ermənistanın Tavuş rayonunda hərbi yük avtomobili dərəyə yuvarlanıb. APA TV-nin erməni mətbuatına istinadən verdiyi məlumata görə, nəticədə 1 hərbçi ölüb, 1 nəfər yaralanıb.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat mərkəzi xəbəri təsdiqləyib. Məlumatda bildirilir ki, yol-nəqliyyat hadisəsi Koti kəndindən hərbi hissəyə gedən yolda baş verib. "Zil-131" markalı maşın dərəyə aşıb. Nəticədə 50 yaşlı hərbi qulluqçu Babken Saruxanyan ölüb, 48 yaşlı zabit Artak Andresyan hospitala yerləşdirilib.