Maşın atı vurdu, sürücü ağır yaralandı

Tovuzda avtomobil atı vurub. APA-nın Qərb bürosunun verdiyi məlumata görə hadisə ötən gecə Tovuz rayonun Dönük Qırıqlı kəndindən keçən hissəsində qeydə alınıb. Yanıqlı kənd sakini, 1957-ci il təvəllüdlü Eynulla Quliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Bakı-Qazax magistral yolunda hərəkət edərkən qarşısına çıxan atı vurub. Vurulan at avtomobilin üzərinə düşüb, maşının ön şüşəsi sınıb və sürücü müxtəlif bədən xəsarətləri alıb. Yaralı dərhal Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli