İran gizli raket tunelinin görüntüsünü yaydı

İran raket dolu gizli yeraltı tunellərdən birinin görüntüsünü yayıb.

 

APA TV-nin xəbərinə görə, dağların 500 metr altında, hündürlüyü 10 metr olan tuneli gəzən SEPAH komandanı Əmir Əli Hacızadə yeri bildirilməyən bu tunelin "aysberqin görünən hissəsi" olduğunu söyləyib.

 

SEPAH-ın internet saytında yer alan məlumata görə, Hacızadə "İranın hər bir vilayət və şəhərində dağların altında uzun mənzilli raket komplekslərinin hazır olduğunu" bildirib.

 

İranlı general ölkəsini təhdid edənlərə xəbərdarlıq edib. "Müharibə başladası deyilik. Amma düşmənlərimiz səhv edərsə, raket komplekslərimiz vulkan kimi partlayacaq".

Müəllif | Apa.Tv
Apa.tv