Kiyev Moskvadan 1 trilyon dollar təzminat tələb edir
Ukraynanın baş naziri Arseniy Yasenyuk maraqlı açıqlama ilə çıxış edib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, hökumət rəhbəri Kiyevin Krım və Donbasa görə Moskvadan ən azı 1 trilyon dollar tələb etdiyini bildirib.
"Hüquq müstəvisində bizim Kreml ilə iki problemimiz var. Bunlar Krımın ilhaqı və Luqanskla Donetskə Rusiyanın hərbi müdaxiləsidir" - deyə, Yasenyuk əlavə edib.
O bildirib ki, bu rəqəm yalnız Krıma görə ölkəsinə dəyən zərərin hesablamasıdır: "Bu son rəqəm deyil, son nəticə hələ dəqiq bilinmir, çünki ilhaq davam edir".
Ukraynanın bu tələbi Moskvanı təəccübləndirib. "Krım onsuz da Rusiyanın ərazidir, Donbas isə Ukraynanın. Bir trilyon məsələsi haradan çıxdı, biz heç nə başa düşə bilmirik" - deyə, Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov vurğulayıb.